Quba, 16 iyul, Elxan Yusifli, AZƏRTAC

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda “Fındıq bitkisi: əkin, becərmə, məhsul yığımı, saxlanma” adlı yeni kitab nəşr olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitab fındıq məhsulu istehsalı ilə məşğul olan fermer və sahibkarlar, həvəskar bağbanlar üçün nəzərdə tutulub.

“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin, dayanıqlılığın sürətləndirilməsi” layihəsi çərçivəsində hazırlanan kitabdan, həmçinin meyvəçilik sahəsində çalışan mütəxəssislər və ali məktəb tələbələri də istifadə edə bilərlər.

Kitabda fındıq bitkisinin (Corylis avvelana L.) öyrənilmə tarixi və əhəmiyyəti, fındıq sortlarının xarakteristikası və ekoloji amillərə dözümlüyü, fındıq bağının salınması, suvarılması, gübrələnməsi, formaverilməsi və budanması, fındıq bitkisinin əsas xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri, eləcə də fındıq meyvələrinin yığılma vaxtı, saxlanma üsulları, həmçinin saxlanma zamanı yaranan xəstəliklər və onlara qarşı mübarizə tədbirləri geniş şərh edilir.

Leave A Comment

Arxivlər

Kateqoriyalar

At vero eos et accusamus et iusto odio digni goikussimos ducimus qui to bonfo blanditiis praese. Ntium voluum deleniti atque.

Melbourne, Australia
(Sat - Thursday)
(10am - 05 pm)