İSTEHSAL PROSESİ

İstehsal prosesi beş sahəyə bölünür:

  • Qəbul – təmizləmə və çəkilmə;
  • Qurulama mərkəzi– müvafiq nəmlik nizamlayıcısından istifadə edərək qurulama;
  • Ələmə sistemi – ələkdən keçirmə və ölçmə əməliyyatı;
  • Seçmə və təmizləmə şöbəsi– keyfiyyətə nəzarət prosesi;
  • Qablaşdırma şöbəsi– vakuumda qablaşdırma: bir ton və 30 kq polipropilen kisələrdə, 50 və 70 kiloqramlıq fabrik kisələrində və 25 kiloqramlıq karton qutularda;
  • İstehsalın müxtəlif mərhələlərinə ciddi şəkildə nəzarət edilir və məhsulun nəmlik göstəricisi davamlı olaraq laboratoriyalarda yoxlanılır. Bütün məhsullar Avropa keyfiyyət standartlarına müvafiq olaraq istehsal edilir.

YÜKSƏK KEYFİYYƏTƏ MALİK HAZIR MƏHSULLAR

Fındıqda aşağıda qeyd olunan keyfiyyətlər olmalıdır:

  • Mükəmməl görünüş – fındıqda ləkələr olmamalıdır;
  • Lazımı dad və ətrə malik olmalı;
  • Orta çəki – 0.8 qramdan az olmamalı;
  • Nəmlik – 0.4–6 faiz arası;
  • Fındığın ölçüsü – yumru formalı, təsnifat diametri: 9–11, 11–13 və 13–15mm olmalıdır;
  • Fındığın maksimum embrion hissəsi – 2 faiz;
  • Fındığın maksimum zədəli hissəsi – 1 faiz;
  • Fındığın maksimum daxili hissəsi– 1 faiz;
  • Qabığın maksimim ölçüsü və digər xarici hissələr – 0.2 faiz;
  • Həşəratların olmamağı.

Əsası qoyulmuşdur: 2005;
Saatlıq həcmi: 5 ton;
Ərzaq təhlükəsizliyinin idarə olunması: Təhlükəli Amillərin Təhlili və Nəzarəti Kritik Nöqtələri (HACCP) sistemi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked*